Birbank istifadəçilərinə öz xərclərini təhlil etmək, onlara nəzarət və düzgün idarəetmə imkanı yaradan köməkçi modulun təqdim olunması gözlənilir.

APA-Economics” xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyəti sədri, Baş İcraçı direktoru Fərid Hüseynov deyib. O bildirib ki, Birbank-lıların birjaya giriş, qiymətli kağızların alqı-satqısını həyata keçirmək imkanını verən investisiya modulunun tətbiqi planlaşdırılır.

“Tam funksional rəqəmsal debet kartının istifadəyə verilməsi gözlənilir. Onu da qeyd edim ki, hal-hazırda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tezliklə tam yeni Birbank Biznes tətbiqi ilə əvəz olunacaq. Ümumiyyətlə Birbank-ın inkişaf strategiyasından danışsaq, o insanlara maliyyə sektoru ilə bağlı istənilən növ xidmətə çıxışı təmin edən rəqəmsal bank və maliyyə xidmətləri göstərən super maliyyə tətbiqi istiqamətində inkişaf etdirilir” – Fərid Hüseynov əlavə edib.