Fiziki şəxsdən mənzil qeyri-nağd yolla alınarsa, ƏDV-nin faizi geri alınırmı?
Bu barədə iqtisadçı-ekspert Vüqar Mirheydərov AZƏRTAC-a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinin 165.6 maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi qaytarılır.
V.Mirheydərov, həmçinin qeyd edib ki, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.