“A-Qrup Sığorta” ASC-nin İdarə Heyətinin sədri Abas Miskərli işdən çıxıb.
Bu barədə “Report”a şirkətdən bildiriib.
Məlumata görə, onu müavini Natəvan Məmmədova əvəz edir.
Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə məxsusdur.