“Xalq Sığorta” ASC-nin İdarə Heyətinin sədri olmuş Raman Kurbanau Direktorlar Şurasının üzvü seçilib.

Bu barədə “APA-Economics”ə sığorta şirkətindən bildirilib.

Məlumata görə, bununla bağlı qərar səhmdarların ümumi yığıncağında verilib.

Qeyd edək ki, bundan əvvəl sığorta şirkətinin İdarə Heyətinə yeni sədri “Xalq Həyat Sığorta”nın sədri Roman Vəliyevin təyin edilmişdi.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb.

Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.