Qazprom şirkətinin xalis mənfəəti 2022-ci ildə əvvəlki ilə nisbətən 41% azalaraq 15,3 milyard dollara düşüb. Açıqlamada mənfəətin azalmasının əsas səbəbi kimi ilin ikinci yarısında edilən vergi ödənişləri göstərilib.

Rusiyanın enerji şirkəti “Qazprom”un xalis mənfəəti illik müqayisədə 41 faiz azalaraq 2022-ci ildə 1,2 trilyon rubla (təxminən 15,3 milyard dollar) düşüb.

Marja.az-ın məlumatına görə, “Qazprom”un yaydığı açıqlamada şirkətin gəlirlərinin ötən illə müqayisədə 10,2 trilyon rubldan 11,6 trilyon rubla yüksəldiyi bildirilib.

2022-ci ildə şirkətin xalis mənfəətinin 2021-ci illə müqayisədə 41% azalaraq 1,2 trilyon rubla düşdüyü və bu azalmaya baxmayaraq şirkətin yüksək səviyyədə mənfəət əldə etdiyi qeyd edilib.

Açıqlamada şirkətlərin mənfəətinin azalmasının əsas səbəbi kimi ötən ilin ikinci yarısında vergi ödənişlərinin artması göstərilib.

Avropanın bir çox ölkəsi Ukraynadakı müharibə səbəbindən Rusiya qazının idxalını dayandırmaq və ya azaltmaq qərarına gəlib.