Maliyyə bazarları ABŞ-ın dövlət borcu ilə bağlı müzakirələri izlədiyi bir vaxtda dünya bazarında ucuzlaşır.

“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,7 % və ya 13,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1963,35 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,93 % düşərək 1 unsiyası 23,64 ABŞ dolları təşkil edib.

Hazırda əsas mövzulardan biri ABŞ-ın dövlət borcunun yuxarı həddinin artırılması olaraq qalmaqdadır.