Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatının hakimiyyəti Böyük Britaniyanın HSBC bankına qarşı sanksiyalar tətbiq edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən iri banklarından biri enerji keçidi məsələsini həddindən artıq diqqət mərkəzində saxladığına görə cəzalandırılıb.

Sanksiyalar ştatın dövlət qurumlarına HSBC-yə investisiya qoymağı qadağan edə bilər.