Moldova mart ayında yenidən “Qazprom”dan qaz almağa başlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu “Moldovaqaz” qazpaylayıcı şirkətinin rəhbəri Vadim Çeban “Telegram” kanalında bildirib.
“Martda havanın isti keçməsi ilə Dnestryanı çayının sol sahilində təbii qaz istehlakı əhəmiyyətli dərəcədə azaldı. Bu vəziyyətdə, “Qazprom” və “Energok” ASC tərəfindən verilən təbii qazın qiymətlərinin demək olar ki, eyni olduğunu nəzərə alaraq, “Moldovagaz” ASC 2023-cü ilin mart ayının sonuna qədər istehlakçıları üçün “Qazprom”dan gündəlik təxminən 0,7 – 0,8 milyon kubmetr və “Energokom” ASC-dən gündəlik təxminən 1,3-1,5 milyon kubmetr qaz alacaq”, – deyə bildirilib.