“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri  MMC 2022-ci ili 129 min manat xalis zərər ilə başa vurub. “Şirkət 2021-ci ili 21 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, brokerin zərəri 6 dəfədən çox artıb. 

Marja xəbər verir ki, şirkət 2021-ci ildə olduğu kimi 2022-ci ildə də əsas əməliyyat gəliri əldə etməyib. “Societe de Courtage”  ötən il 34 min manat sair əməliyyat gəlirləri əldə edib ki, bu da 2021-ci illə müqayisədə 6,4 dəfə azdır. 

Ötən il brokerin xərcləri 164 min manat təşkil edib.