“Birbank Visa” kartları ilə xarici ölkələrdə, həmçinin xarici saytlarda və tətbiqlərdə (Trendyol, Netflix, Bolt Food, Uber və s.) edilən nağdsız ödənişlərə görə 2 faiz keşbek verilir.
Kampaniyada bütün növ (taksit və debet) “Birbank” və “BirKart Visa” kartları iştirak edir. “Birbank Visa Red” və “Umico” sahiblərinin kampaniyada qazandıqları keşbek onların “Birbank” mobil tətbiqinin keşbek balansına yüklənəcək. Kampaniya martın 30-dək keçərlidir. Ətraflı məlumat üçün – https://bir.bank/bbcbopr.
Qeyd edək ki, bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 faizdən 30 faizədək, “Birbank”da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1 faiz keşbek qazandırır. “Birbank Cashback” debet kartları ilə istənilən yerli bankomatda ay ərzində 5 min manatadək vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin “Birbank Miles” debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. “Birbank Umico” debet kartları ilə isə ay ərzində 4000 manatadək “Kapital Bank”a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 mindən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.