2022-ci ildə səhm bazarının kapitallaşması 2.47 milyard dollar təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi” hesabatına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 4% və ya 102 milyon dollar azalıb.

Qeyd edək ki, səhm bazarının dərinliyi isə bazar kapitallaşmasının azalması və ÜDM-in nəzərəçarpan artımı fonunda 1.57 faiz bəndi azalaraq 3.13%-ə enib.