“Kia” şirkəti yeni EV9 elektrik krossoverinin rəsmi şəkillərini yayıb. Avtomobilin təqdimatı martın 29-da baş tutacaq, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.Avtomobil istehsalçısının sözlərinə görə, EV9 modeli elektrik yolsuzluq avtomobilləri üçün yeni dizayn standartı təyin edəcək.

2021-ci il Los-Anceles avtosalonunda nümayiş etdirilən EV9 konsepti ilə müqayisədə, bu krossover daha böyük təkər arkaları və fərqli fara konfiqurasiyası alıb.

Krossoverin bu versiyasında arxa oturacaqlar hərəkət istiqamətinə qarşı yerləşdirilə bilər.  Ümumilikdə EV9-da üç sıra oturacaq var.

2224