Fransanın “Pari Sen-Jermen” klubunun futbolçusu Lionel Messiyə Səudiyyə Ərəbistanında ildə 220 milyon avro ödəməyə hazırdırlar.
Trend-in məlumatına görə, bu barədə “Marca” qəzeti xəbər verib.
Qeyd olunub ki, argentinalını Səudiyyə Ərəbistanı çempionatından olan kluba transfer etmək üçün ölkə rəhbərliyi qanunlara yenidən baxmağa və maaş limitini artırmağa hazırdır.
Argentinalı futbolçu ölkənin ən titullu klubu olan “Əl-Hilal”a transfer oluna bilər.