“Mercedes-Benz” şirkəti “GLC Coupe” krossoverinin yeni nəslini təqdim edib. Ənənəvi olaraq, “ikinci” “GLC Coupe”nin ölçüləri bir qədər böyüyüb. Bununla belə, avtomobilin eni dəyişməyib və hələ də 1890 mm təşkil edir. Qeyd edək ki, uzunluq, hündürlük və təkər bazası artıb və müvafiq olaraq 4673 (+32 mm), 1605 (+5 mm) və 2888 mm (+15 mm) ölçüsünə bərabərdir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Yeni “GLC Coupe”nin mühərrik çeşidi 2.0 litrlik “turbo-dördlər”lə təmsil olunur: 204 (GLC 200) və 258 (GLC 300) at gücündə benzin mühərrik, 197 (GLC 220d) və 269 (GLC 300d) at gücündə dizel mühərrik.

İkinci nəsil “Mercedes-Benz GLC Coupe”nin Avropada satışı iyulda başlayacaq. Qiymətlər hələ açıqlanmayıb, lakin yeniliyin Almaniyada 55 min avroya təklif olunan hazırkı modeldən baha olacağı gözlənilir.

Xatırladaq ki, ötən bazar ertəsi, martın 13-də “Mercedes-Benz” yenilənmiş GLA krossoverini elan edib.