Aprelin 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) və ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə ADIF məlumat yayıb.
Məlumata görə, söhbət Fonda məxsus “Toyota Camry” və banka məxsus “BMW 760 LI” minik avtomobillərindən gedir. Əmlaklara müvafiq olaraq 11 050 manat və 50 000 manat qiymət qoyulub.