İsraillə ABŞ arasında viza rejimi ləğv olunub.

“Report” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen tviterdə yazıb.

Onun sözlərinə görə, İsrail vətəndaşları ABŞ-a vizasız səfər edə biləcəklər.

Nazir buna görə ABŞ Prezidenti Co Baydenə təşəkkürünü bildirib.