İtaliyanın enerji şirkəti “Eni” və Liviya Milli Neft Korporasiyası (NOC) Aralıq dənizində iki qaz yatağının işlənməsi üçün təxminən 8 milyard dollarlıq müqavilə imzalayıb.
“Report” “Il Sole 24 Ore” nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliya şirkətinin press-relizində deyilir.
Strateji layihə Liviyanın daxili bazarını təmin etmək üçün qaz hasilatını artırmaq, həmçinin Avropaya ixracı təmin etmək məqsədi daşıyır.
Qeyd olunur ki, iki yataqda qaz hasilatı 2026-cı ildə başlayacaq və gündə 750 milyon kubfut qaz səviyyəsinə çatacaq.