Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti iri sənaye müəssisələrinin istifadə etdiyi təbii qazın topdansatış qiymətini aşağı salıb.
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fevral ayı etibarilə elektrik enerjisi istehsalı məqsədilə qazın satış qiyməti 16,67%, sənaye müəssisələri üçün isə 13,30-17,22% endirilib.