Yanvarda Tokioda malların qiymətinin artması təxminən 42 il ərzində rekord göstərici olub və 4,3% təşkil edib.
İlkin məlumatlara görə, bu ilin yanvarında Tokioda qiymətlər, keçən ilin eyni ayı ilə müqayisədə 4,3% artıb.
Marja xəbər verir ki, məlumat cümə günü Milli İşlər Nazirliyi tərəfindən açıqlanıb.
Artım 1981-ci ilin mayından bəri – 41 il 8 ay ərzində rekorddur.
“Tez xarab olan məhsullar istisna olmaqla, malların qiymətlərində artım əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 4,3%, dekabr ayı ilə müqayisədə isə 0,5% artıb”, – nazirliyin məlumatında deyilir.
Elektrik enerjisinin qiyməti 24,6 faiz, qazın qiyməti 39 faiz, un məmulatlarının qiyməti 10,6 faiz, balıq və dəniz məhsulları 14,7 faiz, ətin 6,3 faiz, bitki yağının qiyməti 11,1 faiz bahalaşıb.