İtaliyada yanacaqdoldurma məntəqələrinin işçiləri tətil ediblər.

AZƏRTAC xəbər verir ki, yanacaqdoldurma şirkətlərinin üzv olduğu üç böyük həmkarlar ittifaqı ilin əvvəlindən yanacağın qiymətinə tətbiq olunan endirimin ləğvini və qiymət spekulyasiyasının qarşısını alınmasını tələb ediblər. Tərəflər arasında keçirilən görüşlərdə İtaliya hökumətinin yeni fərmana əməl etməyənlərin cərimələrini azaltmaq üçün həmkarlar ittifaqlarına söz verdiyi bildirilib.

Paytaxt Roma və Milanda yanacaqdoldurma məntəqələrində, xüsusən də pik saatlarda avtomobillərin sıxlığının artdığı müşahidə olunub. Yanacaqdoldurma məntəqələrinin işçilərinin tətili bəzi şəhərlərdə bir gün, bəzilərində isə 48 saat davam edib.