Arçelik 2022-ci ilin dördüncü rübü üçün konsolidasiya edilmiş balans hesabatını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlayıb.

Banker.az xəbər verir ki, şirkət 2022-ci ilin dördüncü rübündə proqnozları üstələyərək 141.4 milyon dollar (2,66 milyard TL) xalis mənfəət əldə edib. Bu dövrdə Arçelik-in mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 198% artıb.

Beləliklə, şirkətin 2022-ci ildə cəmi xalis mənfəəti 2021-ci ilə nisbətən 45% artaraq 251.1 milyon dollar (4 milyard 723 milyon TL) olub.