Baş ofisi ABŞ-da olan avtomobil istehsalçısı Ford-un elektriklə işləyən avtomobillər üçün akkumulyator xərclərinin artması, ABŞ və Avropa iqtisadiyyatlarında gözlənilən durğunluğun təsiri ilə Almaniyanın Köln şəhərindəki zavodunda 3200 nəfəri işdən çıxaracağı bildirilir.

Marja Almaniyanın DPA agentliyinə istinadən xəbər verir ki, şirkətin müvafiq şurası iki iclasda ixtisarlar barədə işçilərə məlumat verib.

Sözügedən zavodda 15 min nəfər çalışır. Ford, mövzu ilə bağlı hələ ictimaiyyətə açıqlama verməyib.

Almaniyanın ən böyük həmkarlar ittifaqı IG Metall, şirkətin məhsul inkişafında 2500-ə qədər işçini və inzibati vəzifələrdə 700-ə qədər işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

IG Metall-in açıqlamasında, ümumiyyətlə, Fordun Almaniyadakı müəssisələrinin gələcəyindən çox narahat olduqları, şirkətin ixtisar planını həyata keçirəcəyi təqdirdə işlərin dayandırılacağı bildirilib.

45 min nəfəri işlə təmin edir

Kölndəki zavodunu elektrikli avtomobil istehsalı müəssisəsinə çevirmək üçün keçən il 2 milyard dollar sərmayə yatıracağını açıqlayan Ford, Avropadakı zavodlarında 45 min nəfər çalışır.