Xorvatiyanın kommersiya strukturları ölkə milli valyutadan avroya keçdikdə qiymətləri ciddi şəkildə artırıblar və bu, inflyasiyanın artmasına gətirib çıxarır, 

Marja xəbər verir ki, bunu ölkənin Baş naziri Andrey Plenkoviç deyib.

Yanvarın 16-da Avropa Komissiyası Xorvatiyanın avroya keçidinin uğurla başa çatdığını elan edib.

“Xorvatiyada təsərrüfat subyektlərinin bir hissəsi, qiymətləri lüzumsuz olaraq artırdıqları üçün avroya keçiddən istifadə etdilər. Beləliklə, onlar Xorvatiya istehlakçılarına, Xorvatiya vətəndaşlarına birbaşa ziyan vururlar”, – o, Avropa İttifaqının vitse-prezidenti Valdis Dombrovskis il’ mətbuat konfransı zamanı

Xorvatiya hökumətinin baş naziri əlavə edib ki, iqtisadiyyata və istehlakçılara zərər vurmamaq üçün görülən tədbirlər barədə Avropa Komissiyasına məlumat verib.

Dövlət Statistika Departamentinin məlumatına görə, 2022-ci ildə ölkədə inflyasiya 13,1 faiz təşkil edib.