Çinin avtomobil istehsalçısı “Geely” şirkəti “London Electric Vehicle Company”nin (LEVC) genişləndirilməsinə, ilk növbədə, məşhur “qara taksiləri” ekoloji təmiz taksilərə çevirmək üçün (elektromobillər ilə əvəz etmək üçün) böyük sərmayə yatırmağı planlaşdırır.

Marja xəbər verir ki, bu barədə şirkətlərin nümayəndələri bildiriblər.

“Geely ardıcıl olaraq LEVC-yə sərmayə qoyacaq”. – Reuters bazar ertəsi Londonda fəaliyyət göstərən baş direktor Alex Nan-dan sitat gətirib.

“Bizə daha geniş məhsul çeşidinə ehtiyacımız var” və bu məqsədlə hər iki şirkət yeni texnologiyalar hazırlamaq üçün digər investorları və avtomobil istehsalçılarını cəlb edəcəklər.

“Bu, LEVC-ni daha çox tanınan beynəlxalq brendə çevirməkdən ibarətdir” idarəedici direktor Chris Allen deyib. Planlaşdırılan investisiyanın həcmi hələ açıqlanmayıb.

Geely 2013-cü ildə LEVC-ni aldı və ona 500 milyon funt sterlinq (620 milyon dollar) sərmayə yatırıb.

Qara taksilər məşhur qırmızı avtobuslarla birlikdə Londonun dəyişməz simvollarıdır.