Fransanın Renault qrupunun Yaponiyanın avtomobil istehsalçısı Nissandakı payı azaldılacaq.

Marja-nın məlumatına görə, Yaponiya İctimai Televiziyasının mənbələrinə istinadən verdiyi xəbərə görə, Renault-un payının 15 faizə endirilməsi planlaşdırılır.

Renault Nissan-da 43%, Nissan isə Renault-da 15% paya sahibdir. Məlumdur ki, Nissan uzun müddətdir ki, hazırkı pay səviyyəsi fərqindən narahatdır. İki şirkət öz pay səviyyələrini bərabərləşdirmək üçün qarşılıqlı danışıqlar aparır.

Plana əsasən, səhmlərin müvəqqəti olaraq ayrıca şirkətə veriləcəyi və mərhələli şəkildə satılacağı bildirilib.

Digər tərəfdən, Fransa şirkətinin qurmağı planlaşdırdığı yeni elektrikli avtomobil (EV) şirkətində Nissan-ın maksimum 15 faiz pay ala biləcəyi qeyd olunur.

Bu danışıqlarda Fransa və Yaponiya şirkət rəhbərlərinin razılığa gəldiyi və idarə heyətinin təsdiqinin gözləndiyi bildirilir.

Renault Qrupunun Baş İcraçı Direktorunun danışıqları yekunlaşdırmaq üçün bu həftə Nissan-ın baş direktoru ilə görüşəcəyi gözlənilir.

Renault-Nissan 1999-cu ildə Fransa-Yaponiya ortaqlığı ilə dünyanın ən böyük avtomobil qruplarından birini yaradıb. Renault Nissana təxminən 4 milyard dollar sərmayə qoymuşdur.

Fransa istehsalçısı iflas ərəfəsində olan Yaponiya şirkəti Nissan-ın ən böyük səhmdarına çevrilib. Yaponiyanın Mitsubishi şirkəti 2016-cı ildə alyansa qoşulub.