Son bir həftə ərzində beynəlxalq investorlar inkişaf etməkdə olan ölkələrin fondlarına rekord məbləğdə, yəni 12,7 milyard dollar vəsait köçürüblər.

“Report” xəbər verir ki, bu barədə “Emerging Portfolio Fund Research” (EPFR) məlumat yayıb.

Hesabatda deyilir ki, inkişaf etməkdə olan ölkələrin səhm və istiqraz fondlarına müştəri vəsaitlərinin xalis axınları bütün zamanların ən yüksək səviyyəsinə – 12,7 milyard dollara çatıb. Amma cəmi bir həftə əvvəl bu göstərici cəmi 3,6 milyard dollar idi.

Bazar iştirakçıları bunun qlobal iqtisadiyyatdakı vəziyyətə müsbət təsir edəcəyini gözləyir. Bundan başqa, belə vəziyyət ABŞ-da inflyasiyanın azalmasına kömək edə bilər. Bu da FED-in əsas faiz dərəcəsi ilə bağlı gözləntilərinə təsir göstərəcək.

Beləliklə, analitiklər hesab edirdilər ki, qarşıdakı həftələrdə də inkişaf etməkdə olan ölkələrin fondlarına vəsait axını davam edəcək.