Rusiya Mərkəzi Bankı: rusların xaricdəki əmanətləri noyabrda rekord həddə 81,7 milyard dollara çatıb

Rusiyalıların xarici banklardakı əmanətləri noyabrda rekord həddə – ilin əvvəlindən 2,7 dəfə artaraq 81,7 milyard dollara çatıb.

Marja.az Rusiya Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin noyabr ayında rusların xarici kredit təşkilatlarındakı əmanətləri oktyabrdakı 75,9 milyard dollardan 81,7 milyard dollara yüksəlib. Eyni zamanda, ilin əvvəlində ruslar xaricdəki əmanətlərini 30,6 milyard dollar artırıblar.

Rusiyanın Ukraynaya hücumu başlaması ilə ruslar xaricə aktiv şəkildə vəsait köçürməyə başlayıblar. Belə ki, fevral ayında xarici banklara təxminən 4,3 milyard dollar köçürülüb ki, bu da o zaman 2018-ci ildən bəri ən yüksək göstərici idi. Sonra Mərkəzi Bankın xaricə vəsaitlərin çıxarılmasına limitlər tətbiq etməsi fonunda belə əməliyyatların həcmi xeyli azalıb – yazda cəmi 4,9 milyard dollar köçürülüb. Lakin iyun ayından məhdudiyyətlər yüngülləşdikcə məbləğlər yenidən artmağa başlayıb və yayda ruslar xaricə 20,5 milyard dollar göndəriblər. Mütləq aylıq rekorda sentyabrda nail olunub – 9,3 milyard dollar. Oktyabr və noyabr aylarında ruslar xarici kredit təşkilatlarına 5,8 milyard dollar köçürüblər.