Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər.

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşdən sonra mətbuat açıqlamasında bildirib.

“Energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini ötən ilin yekununda olan 34 milyard dollardan ildə 100 milyard dollaradək artırmağı qarşımıza məqsəd qoymuşuq”, – deyə Çavuşoğlu qeyd edib.

Türkiyənin xarici işlər naziri əlavə edib ki, o, ABŞ-ın dövlət katibini mart ayında Antalyada keçiriləcək beynəlxalq diplomatik forumda iştirak etməyə dəvət edib.