Türkiyə Rusiyadan taxılın göndərilməsini gözləyir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sputnik Türkiye”yəyə açıqlamasında Türkiyənin Kənd Təsərrüfatı Nazirliyindən mənbə bildirib.

O qeyd edib ki, Rusiyadan gələn taxıldan Türkiyədə istehsal olunan un ehtiyacı olan ölkələrə göndəriləcək. Mənbə Türkiyədə bununla bağlı işlərin tamamlandığını da vurğulayıb.