Ötən ilin yekunlarına görə, icbari tibbi sığorta haqları üzrə büdcəyə daxil olmuş vəsaitin həcmi artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

“Ötən ilin yekunlarına görə, icbari tibbi sığorta haqları üzrə büdcəyə daxil olmuş vəsaitin həcmi əvvəlki illə müqayisədə 38,1% artaraq 822,2 mln. manata çatıb”, – deyə o qeyd edib.

Ötən il icbari tibbi sığorta haqları üzrə büdcəyə daxil olmuş vəsaitin həcmi artıb - Mikayıl Cabbarov