Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişiklik təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə MMərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Hüquq departamentinə tapşırılıb ki, Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.