Yanvarın 26-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında 0,0218 hektar torpaq sahəsində yerləşən 2 girişli, 301 kvadratmetr ümumi, 239,7 kvadratmetr əsas, 61,3 kvadratmetr köməkçi sahədən ibarət 2 mərtəbəli (ofis) qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 600 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.