Beynəlxalq fond birjaları və istiqraz bazarları 2022-ci ildə 30 trilyon dollardan çox vəsait itirib ki, bu da 2008-ci ilin qlobal maliyyə böhranından bəri ən böyük itkidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, itkilərin əsas səbəbləri bir çox Qərb ölkələrində inflyasiya, yüksək faiz dərəcələri və Ukraynadakı münaqişənin nəticələri olub.

Eyni zamanda S&P 500 indeksi təxminən 20 faiz, Nasdaq elektron birja indeksi isə 33 faiz ucuzlaşıb ki, bu da 2008-ci ildən bəri ən pis nəticədir.