Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 875,132 milyon manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 6,7% azalaraq 400,953 milyon manat təşkil edib.

Başqa sözlə, sığorta bazarının zərərliliyi 18,2% azalıb.

Belə ki, hesabat dövründə toplanan hər 100 manat sığorta haqqının 45,7 manatı ödənişə yönəldilibsə, ötən ilin eyni dövründə bu rəqəm 55,9 manat təşkil edib.