Disney-in keçmiş baş direktoru Bob İger 2020-ci ilin əvvəlində tərk etdiyi vəzifəsinə qayıdıb. Bu xəbərdən sonra Disney-in səhmləri bahalaşıb.
ABŞ-ın media və əyləncə şirkəti Disney-in keçmiş Baş direktoru (CEO) Bob İger təqaüdə çıxdıqdan bir il keçməmiş şirkətə qayıdıb.
Marja.az xəbər verir ki, İger təlatümlü dövrü idarə etmək üçün media nəhəngi tərəfindən geri gətirilib. Belə ki, ötən dövrdə Şirkətin səhmlərinin qiyməti kəskin şəkildə aşağı düşüb və itkilərə məruz qalıb. Cümə gününün bağlanışına görə, şirkətin səhmləri bu il təxminən 40 faiz ucuzlaşıb.
Disney şirkəti Baş direktor Bob Chapek-i Bob İger ilə əvəzlədiyini elan etdikdən sonra Disney-in səhmləri sürətlə bahalaşıb.
2020-ci ilin əvvəlində İgeri Baş direktor kimi əvəz edən Chapek son aylarda şirkətin performansına görə getdikcə daha çox tənqid olunurdu.
Bu ayın əvvəlində açıqlanan rüblük hesabatda böyük azalmlar əksini tapıb və şirkətin səhmləri əhəmiyyətli dərəcədə ucuzlaşıb.
Disney işə qəbulu dayandırmağa, iş yerlərini ixtisar etməyə və digər vasitələrlə xərcləri azaltmağa hazırlaşırdı.