Kriptovalyuta birjası FTX Group, ABŞ-da iflas proseduru üçün müraciət etdiyini və Baş direktor Sam Bankman-Fried-in istefa verdiyini açıqlayıb.
Bu həftə FTX-nin likvidlik problemi yaşadığı və iflas ərəfəsində olduğu üzə çıxmışdı. Bundan sonra kriptovalyutalarda böyük satış dalğası yaşanmışdır.
Müştərilərin aktivlərinin mənimsənilib-mənimsənilmədiyini müəyyən etmək üçün ABŞ-da Bankman-Fried-ə qarşı cinayət işi açılıb.
Açıqlamadan sonra kriptovalyutalar ucuzlaşıb.
FTX-in baş qərargahının yerləşdiyi və “vergi cənnəti” olaraq bilinən Baham adalarının rəsmiləri, likvidlik problemi olduğu görünən FTX platformasının aktivlərini dondurduqlarını və pulların çıxarılmasını dayandırdıqlarını açıqladılar.