Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan Binance, FTX.com kriptovalyuta birjasını almayacağını açıqladı.

Dünyanın ən böyük kriptovalyutası olan Binance, ticarət həcminə görə üçüncü ən böyük kriptovalyuta birjası olan FTX-i almağı dayandırdığını açıqlayıb.

Marja.az Binance-ın yaydığı açıqlamaya istinadən xəbər verir ki, institusional qiymətləndirmə, eləcə də ABŞ-da sui-istifadə edilən müştəri vəsaitləri ilə bağlı xəbərlər və araşdırma iddiaları nəticəsində FTX-nin mümkün alınmasına davam etməmək qərarına gəlinib.

“Bizim ilk ümidimiz FTX müştərilərinə likvidlik təmin etməkdə kömək etmək idi, lakin məsələlər bizim nəzarətimizdən və ya kömək etmək imkanımızdan kənardadır”, – açıqlamada deyilir.

Kriptovalyuta ekosisteminin son bir neçə ildə daha dayanıqlı hala gəldiyini qeyd edən açıqlamada, istifadəçi vəsaitlərindən sui-istifadə edən kənar şəxslərin zamanla sərbəst bazar tərəfindən silinəcəyinə inanıldığı ifadə edilib.

Açıqlamada, tənzimləyici bazalar inkişaf etdikcə ekosistemin daha da güclənəcəyi bildirilib.

Əvvəllər “Binance Holdings Ltd” FTX.com kripto birjasını almaq niyyətində olduğunu açıqlamışdı. Eyni zamanda, Binance-in rəhbəri Changpeng Zhao, FTX-nin əhəmiyyətli likvidlik çatışmazlığı səbəbindən kömək istədiyini iddia etmişdi. “İstifadəçiləri qorumaq” üçün Binance FTX.com-u tam əldə etmək və çatışmazlığı ödəməyə kömək etmək üçün məcburi olmayan niyyət məktubu imzalamışdı.