“Əhalinin tibbi sığortası üçün gələn il 1 mlrd. 264 mln. manat ayrılacaq ki, bu cari il ilə müqayisədə 138 mln. manat və ya 12,3% çox deməkdir”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, şəkərli diabet, xərçəng xəstəliklərinin profilaktikası üçün 236 mln. manat vəsait ayrılacaq ki, bu da 2022-ci il ilə müqayisədə 18,9% artım deməkdir.