İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi reaktivlərin və laboratoriya sərfiyyat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Spektr Med” MMC-dir.

Qalib şirkətə 8,286 milyon manat ödəniləcək.