Oktyabrın 12-dən “Tinkoff” MDB-nin üç ölkəsindən (Azərbaycan, Özbəkistan və Ermənistan) dollar və avro ilə daxil olan SWIFT köçürmələrini məhdudlaşdıracaq.
“APA-Economics” “Tinkoff”a istinadən xəbər verir ki, qeyd olunan tarixdən SWIFT köçürməsini həyata keçirərkən “Tinkoff” hesabının rekvizitləri ilə yanaşı, göndərənə müxbir bankın rekvizitləri də lazım olacaq. Azərbaycanda bu işi Azərbaycan Beynəlxalq Bankı həyata keçirə biləcək.
Bankın müştəriləri Azərbaycanın bütün maliyyə təşkilatlarından SWIFT köçürmələrini ala biləcəklər. Digər ölkələrdən köçürmələr hesaba alınmayacaq.