“Günay Sığorta” şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib.

APA-Economics”in əldə etdiyi məlumata görə, “Günay Bank” ASC “Günay Sığorta” ASC-dən 8,4% (800 səhm) pay əldə edib. Nəticədə, Məmmədov Mahmud Nadir oğlunun sığorta şirkətindəki payı 32,4%-dən 33,2%-ə kimi artıb. Şirinova Yeganə Məmməd qızının “Günay Sığorta”da payı isə 67,5%-dən 58,3%-ə enib.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,2 milyon manatdır.