Çin Mərkəzi Bankı 2020-ci ilin sentyabrından yuanı dollara nisbətdə minimuma endirib.

Çin Xalq Bankı (mərkəzi bank) cümə günü renminbinin (Çin milli valyutasının rəsmi adı) dəyərini 263 bənd aşağı salaraq 1 dolları 6,8065 yuan müəyyən edib. 

Marja xəbər verir ki, bu barədə Çin Xalq Bankının saytında yerləşdirilən məlumatda deyilir.

Tənzimləyicinin statistikasına əsasən, bu, 30 sentyabr 2020-ci il tarixindən etibarən yuanın dollara nisbətdə minimum dəyəridir.

2020-ci ildə pandemiya zamanı yuan dollar qarşısınıda ucuzlaşmışdı. 29 may 2020-ci ildə tənzimləyici yuanı 2008-ci ilin fevralından bəri ən aşağı səviyyədə – bir dollar üçün 7,1316 yuana endirmişdi. Lakin bundan sonra Çinin milli valyutası ABŞ valyutasına qarşı tədricən möhkəmlənməyə başlamış və 2021-ci il ərzində bir dollar üçün 6,35-6,57 yuan səviyyələrində olmuşdu.