Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 167,3 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb.

Məlumata görə, yanvar-iyul aylarında avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı 26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağlarının istehsalı isə 37,8% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri Yanvar-iyul 2022-ci il İllik müqayisə, %
Avtomobil benzini, min ton 646,2 93,6
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton 169,1 68,4
Ağ neft, min ton 309,2 106,1
Dizel yanacağı, min ton 1 076,7 73,8
Yanacaq mazutu, min ton 66,4 2,6 dəfə
Sürtkü yağları, min ton 21,7 62,2
Neft bitumu, min ton 228,2 115,8
Neft koksu, min ton 97,2 63,2