Bu gün ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq.

Marja xəbər verir ki, FED-in inflyasiyanı cilovlamaq üçün faizini 75 faiz bəndi artıraraq 1,75%-dən 2,50%-ə qaldıracağı gözlənilir.

FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaqdır. FED sədrinin  açıqlamaları diqqətlə izlənəcəkdir. FED-in növbəti yığıncaqlarındı hansı sürətlə faiz artıracağı maraq mövzusudur.