İyunun 17-də sığorta sahəsində attestasiya keçiriləcək.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 2 rəhbər şəxs və 1 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunurlar. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.