Dünya Bankı (DB) 2022 və 2023-cü illər üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını sabit saxlayıb.

APA-Economics”in məlumatına görə, bu barədə DB-nin “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında qeyd edilib.

Belə ki, DB Azərbaycanın bu il iqtisadi artımı ilə bağlı proqnozunu dəyişməyərək 2,7 % müəyyən edib. Gələn il üçün bu göstərici 2,2 % təsdiqlənib.

2024-cü ildə isə Azərbaycanda ÜDM-in artımı təşkilat tərəfindən 2,3 % civarında proqnozlaşdırılıb.