“Premium Bank”ın işçilərinin sayı açıqlanıb.

Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.

31 dekabr 2021-ci il tarixinə bankın işçilərinin sayı 166 nəfər olub ki, bu da illik müqayisədə 6 nəfər azalması deməkdir. Ötən ilin eyni dövründə bankın 172 işçisi olub.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154 milyon manatdır. Bankın səhmlərinin 84.48%-i Zərifə Həmzəyevaya, 15.22%-i “VIP Aviation Services” MMC-yə, 0.31%-i isə Elvira Əhmədovaya məxsusdur.