Azərbaycan Mərkəzi Bankı informasiya təhlükəsizliyi sistemləri üzrə lisenziyaların müddətinin 1 il uzadılması və dəstəklənməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Smartit” MMC-dir.
Qalib şirkətə 1,227 milyon manat ödəniləcək.