Beynəlxalq Valyuta Fondu ilə (BVF) “Article IV” missiyası çərçivəsində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında növbəti görüş keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə ABA-dan bildirilib. Məlumata görə, görüşdə missiyanın nümayəndə heyətinin sədri Chad Steinberg və Orta Şərq və Mərkəzi Asiya Departamentinin nümayəndələri – Jiri Jonas və Gustavo Ramirez iştirak edib.
Görüşdə pandemiyanın, Ukraynadakı müharibənin və Rusiya banklarına tətbiq edilən sanksiyaların, eləcə də inflyasiyanın ölkə iqtisadiyyatına və xüsusilə bank sektoruna təsiri müzakirə edilib.