Cari ilin yanvar-aprel aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 568,5 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövrdə hazır metal məmulatlarının istehsalı sahəsində 34,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,9 faiz artım müşahidə edilib, polad boruların istehsalı 2,6 dəfə, armaturun istehsalı 98,1 faiz, poladtökmə istehsalı isə 49,9 faiz artıb.

Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 11 min 403 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.